Sosial şəbəkədə biz:

"Riyad" Ticarət Mərkəzi yanır

15 July 2018, 14:50
Gündəm
Abşeron rayonunda ticarət mərkəzində yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən verilən məlumata görə, yanğın rayon ərazisindəki "Riyad" Ticarət Mərkəzindəki mebel dükanının anbarında başlanıb. Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib. Hələlik yanğının qarşısını almaq mümkün olmayıb.