Nazirlik işçilərinin başına DAŞ DÜŞDÜ: ölən və yaralanan var - FOTO
Ermənistanın paytaxtı İrəvanda Ədliyyə Nazirliyinin “Təcrübə mərkəzi” dövlət təşkilatına məxsus binanın fasadı uçub.
Hadisə nəticəsində nazirliyin iki əməkdaşı xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, onlardan biri ölüb. Digəri yaralının isə ağır kəllə-beyin travması aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır. (Teleqraf.com)

