Sosial şəbəkədə biz:

Tacikistan Prezidenti Azərbaycana səfərə gələcək

18 July 2018, 11:41
Gündəm
Tacikistan Prezidenti Emoməli Rəhmon avqustda Azərbaycana səfərə gələcək. “Report”un “Asiya-Plus” saytına istinadən verdiyi xəbərə görə, Tacikistanın dövlət başçısı Bakıya Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında səfər edəcək. Səfər zamanı iki ölkə arasında sənədlər paketinin imzalanması nəzərdə tutulur. E.Rəhmon avqustda həmçinin Özbəkistana və Türkmənistana da səfər edəcək.