Sosial şəbəkədə biz:

Adnan Oktarın villasının içi ilk dəfə görüntüləndi – VİDEO

19 July 2018, 15:14
Gündəm
Türkiyədə özünü din adamı kimi təqdim edən, “kediciklər”i sayəsində kifayət qədər tanınan Adnan Oktar və müridlərinə qarşı keçirilən əməliyyatdan sonra onun məşhur villasının içinin ilk videosu da yayılıb. Minval.info xəbər verir ki, Kandillidə yerləşən lüks villanın həyətində hovuz görünür. Digər tərəfdən, villa parkında lüks avtomobillər və polisin xüsusi təyinatlı itlərlə apardığı axtarışın görüntüləri öz əksini tapıb. Əldə olunan məlumatlara görə, villanın həyətində kiçik zoopark belə var.