Sosial şəbəkədə biz:

“Qarabağ” ilk oyununu səfərdə keçirəcək –Çempionlar Liqası

19 July 2018, 21:10
Gündəm
Xəbər verdiyimiz kimi, Ağdamın “Qarabağ” futbol klubu Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Kukesi” komandası ilə qarşılaşacaq. Artıq həmin oyunun təqvimi açıqlanıb. Belə ki, Albaniyada baş tutacaq ilk görüş iyulun 25-də Şkoder şəhərində oynanılacaq. Cavab matçı isə avqustun 1-də saat 21.00-da Bakıda – Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.