Sosial şəbəkədə biz:

Güneydəki fars-molla rejimi lap ağlını itirib... - Soydaşımızı Azərbaycan bayrağını öpdüyünə görə həbs etdilər

20 July 2018, 10:52
Gündəm
Güneyli fəal Camal ‎Musəvinejad həbs edilib. Axar.az xəbər verir ki, İran İslam Respublikası əleyhinə təbliğat aparmaqda günahlandırılan güneyli milli fəal Şərqi Azərbaycan ostanının ‎Apellyasiya Məhkəməsinin qərarı ilə bir il həbs cəzasına məhkum olunub.‎ C.Musəvinejada qarşı ittihamlar arasında millətçilik, Azərbaycan Respublikasının bayrağını öpmək və ona ehtiram göstərmək, milli düşüncələrə malik olmaq, 1945-ci il hadisələrini dəstəkləmək, Seyid Cəfər Pişəvəriyə ehtiram, sosial şəbəkələrdə milli zəmində fəaliyyət göstərmək və s. var.‎ Qeyd edək ki, məhkəmə Camal ‎Musəvinejadın sosial mediadakı fəaliyyətlərinə və ‎şəxsi ‎kompüterində saxlanılan materiallarına, o cümlədən, Azərbaycan bayrağını öpərkən çəkilən ‎bir ‎fotosuna əsaslanaraq həbs qərarı çıxarıb. Güneydəki fars-molla rejimi lap ağlını itirib...