Sosial şəbəkədə biz:

Ailəli qadını intim fotolarını sosial şəbəkədə paylaşacağı ilə hədələdi...

20 July 2018, 12:18
Gündəm
“Ölkə.Az”ın məlumatına görə, Məmmədov Miriyusif Ələmdar oğlunun məhkəmə prosesinin hazırlıq iclası iyul ayının 23-də hakim Teymur Qurbanovun sədrliyi ilə keçiriləcək. İttihama görə, bu il martın 9-da Bakı şəhər sakini Nəzərova Arzu Nazim qızı Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə ərizə ilə müraciət edib. O, qeyd edib ki, 2017-ci ilin martından cari il martın 9-dək olan müddətdə tanışı Miryusif Məmmədovun onu şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib. Miryusif Məmmədov ondan 5140 manat və 4000 ABŞ dolları alıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Miryusif Məmmədov həbs edilib. Müəyyən edilib ki, Miryusif Məmmədov Arzu ilə sosial şəbəkələrdən birində tanış olub. Sonradan Miryusif ilə Arzunun münasibətləri istiləşib. Onlar əvvəlcə bir-birlərinə intim şəkillərini göndəriblər. Sonra görüntülü danışmağa başlayıblar. Bu zaman Miryusif Əfsanənin intim hərəkətlərini videoya çəkib. Bundan sonra Miryusif Məmmədov onu şantaj etməyə başlayıb. Evli olan qadın Miryusifə hissə-hissə pul verməyə başlayıb. Miryusif Arzudan ümumilikdə 5140 manat və 4000 ABŞ dolları almasına baxmayaraq, şantajlarını davam etdirib. Bundan sonra Arzu hüquq-mühafizə orqanlarına müraciət etməyə məcbur olub. İstintaq orqanı tərəfindən Miryusif Məmmədovun barəsində Cinayət Məcəlləsinin 182.2.2; 178.2.4; 178.2.2; maddələri ilə ittiham elan edib. Bu ilin martında Qaradağ rayon Məhkəməsinin qərarı ilə Miryusif Məmmədovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.