Sosial şəbəkədə biz:

Azərbaycanda 19 qız qaçırılıb

21 July 2018, 13:42
Gündəm
2017-ci ildə üzrlü səbəbdən nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına (17 yaş) icazə verilən 1 nəfər oğlan, 317 nəfər qız nikaha saxil olub. Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2017-ci ildə evlənmək məqsədilə adam oğurluğu üzrə 19 cinayət hadisəsi qeydə alınıb.