Sosial şəbəkədə biz:

Əflatun Amaşov: "Azərbaycan xalqının milli şüurunu "Əkinçi" oyadıb"

22 July 2018, 10:44
Gündəm
"Əkinçi" qəzeti Azərbaycan xalqının milli şüurunun oyatdı, milli məfkurə saflığının əsasının qoyulmasında mühüm rol oynadı".  Sputnik-Azərbaycan xəbər verir ki bu fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. O deyib ki, "Əkinçi" qəzetinin ümumilikdə 56 sayı işıq üzü görsə də, o, Azərbaycan xalqının uzun müddət arzuladığı ideyaları bir daha diqqətə gətirə bilib: "Əkinçi" qəzeti ümummilli maraqların önə kəçilməsi və geriliyə qarşı mübarizəsi ilə Azərbaycan xalqının inkişafında mühüm rol oynayıb", — MŞ sədri bildirib.