Sosial şəbəkədə biz:

"Türkiyədə 2 mindən çox Azərbaycan iş adamı qlobal səviyyədə fəaliyyət göstərir"

22 July 2018, 10:54
Gündəm
Türkiyə Azərbaycan iqtisadiyyatına 11 miyard dollar sərmayə qoyub. Trend-in məlumatına görə, bunu Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat deyib. Sədrin sözlərinə görə, Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu sərmayənin həcmi 13 milyard dollardır. Türkiyə Statistika İnstitutunun məlumatına görə, Azərbaycan və Türkiyə arasında 2017-ci ildə mal dövriyyəsi 1,7 milyard dollar təşkil edib, cari ilin ilk beş ayı ərzində isə - 759,4 milyon dollar. "Hal-hazırda Türkiyə bazarında şirkət açan 2 mindən çox Azərbaycan iş adamı var və onlar qlobal səviyyədə fəaliyyət göstərir. Bu arada, Azərbaycanda 2500-ə yaxın türk şirkəti fəaliyyət göstərir", - deyə Akat bildirib.