Sosial şəbəkədə biz:

Azərbaycanlı hakim Ermənistan komandasının oyununa təyinat aldı

22 July 2018, 12:19
Gündəm
Azərbaycanlı hakim-inspektor Asim Xudiyev avrokuboklara növbəti təyinatını alıb.
Azinforum.az  xəbər verir ki, Xudiyev Avropa Liqasının II təsnifat mərhələsinin "Sutyeska” (Monteneqro) - "Alaşkert” (Ermənistan) oyununda hakimlərin işinə qiymət verəcək.
Oyunun baş hakimi isveçrəli Alen Byeri olacaq. Ona Yan Kobelivə Sertac Kurnazka yardım edəcək. Dördüncü hakim funksiyasını Urs Şnayder yerinə yetirəcək.
İyulun 26-da Monteneqronun Nikşiç şəhərindəki "Qradski” stadionunda keçiriləcək "Sutyeska” - "Alaşkert” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.