Sosial şəbəkədə biz:

Bakıda 18+ tamaşa göstəriləcək

23 July 2018, 11:41
Gündəm
ADO ölkənin ilk 18+ tamaşası olan "MimOda"nı təkrar nümayiş etdirəcək. Tamaşa iyulun 24-ü saat 20-də ADO teatrında göstəriləcək. Tamaşadakı rolları fransız aktrisa Elsa Furtado və azərbaycanlı aktyorlar Elmin Bədəlov, Sabir Vol Məmmədov canlandırır. Tamaşanın rejissoru İmam Həsənovdur. Xatırladaq ki, İdeyası ADO-ya məxsus olan "MimOda 18+" tamaşasının premyerası 2015-ci ildə olub və tamaşa teatr mühitində birmənalı qarşılanmayıb.