Sosial şəbəkədə biz:

Polis “avtoş”luq edən Faiqi tapdı

24 July 2018, 10:07
Gündəm
Sosial şəbəkələrdə avtoxuliqanlıq edərək canlı yayıma çıxan "ağdamlı Faiq” tapılıb.
BakuPost-un xəbərinə görə, hadisə ilə bağlı Ağdam rayon Yol Polisi Şöbəsindən Avtosfer.az-a bildiriblər ki, sözügedən şəxslə bağlı məlumat efirə gedəndən 10 dəqiqə sonra həmin şəxs aşkarlanıb. Onun barəsində toplanmış materiallar Ağdam rayon məhkəməsinə göndərilib.
Sabah (həftənin bazar ertəsi) sürücü barədə məhkəmə qərar qəbul edəcək.
Qeyd edək ki, sürücü və atası Ağdamda kondisioner ustasıdır. O, bu hərəkətlərini çılğınlıq adlandırıb və "cavanlıq” etdiyini deyib.