APA-nın xəbərinə görə, N. Heyli bunu CBN-ə müsahibəsində deyib. “Biz Rusiyaya inanmırıq, Putinə inanmırıq və heç vaxt da inanmayacağıq. Onlar heç vaxt bizim dostumuz olmayacaq. Bu, sadəcə faktdır”, - deyə səfir vurğulayıb. Səfirin fikrincə, Donald Trampın Vladimir Putinlə görüşü baş verməli idi. O, Vaşinqtonun Moskvaya münasibətdə yeritdiyi siyasətdən razı olduğunu söyləyib. Xatırladaq ki, iyulun 16-da Helsinkidə ABŞ və Rusiya prezidentləri arasında görüş keçirilib.