Sosial şəbəkədə biz:

Azərbaycanda Çili səfirliyi açılacaq

24 July 2018, 22:05
Gündəm
Azərbaycanda Çili səfirliyi açılacaq. Bunu Kolumbiyanin Azərbaycandakı müvəqqəti işlər vəkili Marta Qalindo Kolumbiyanın müstəqillik günü ilə bağlı keçirilən tədbirdə deyib. O xatırladıb ki, ötən il Azərbaycanda Perunun səfirliyi açılıb, bu ilin ikinci yarısında isə Çili səfirliyinin açılacağı gözlənilir. M.Qalindo onu da vurğulayıb ki, Azərbaycan Latın Amerikası ölkələri ilə qarşılıqlı əməkdaşlığı inkişaf etdirir.