Sosial şəbəkədə biz:

ABŞ F-35 qırıcılarının Türkiyəyə tədarükünü dondurdu

25 July 2018, 10:35
Gündəm
Ankaranın Rusiyadan C-400 zenit raketlərini almaq niyyəti səbəbi ilə ABŞ Konqresi Türkiyəyə beşinci nəsil F-35 qırıcı təyyarələrinin tədarükünü dondurub. Bu barədə “The Washington Times” xəbər yayıb. Müvafiq düzəliş ABŞ-ın 2019-cu il üçün nəzərdə tutulan müdafiə büdcəsinə daxil edilib və Konqresin hər iki palatasında təsdiqlənib. F-35-lər haqqında yekun qərar Pentaqonun tədarükün ləğvi nəticələrini nəzərdən keçirməsindən sonra veriləcək. Qarşıdakı 90 gün ərzində Pentaqon Konqresə Türkiyənin F-35 proqramında iştirakına xitam verilməsinin Ankara ilə Vaşinqton arasında münasibətlərə, həmçinin ölkənin Rusiya istehsalı olan C-400 komplekslərinin alınması planlarına nə kimi təsir göstərə biləcəyi haqqında məruzə təqdim etməlidir.