Sosial şəbəkədə biz:

Təhsil eksperti imtahan sualında səhv tapdı

26 July 2018, 16:54
Gündəm
"Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən II ixtisas qrupunda iki səhv test tapşırığı olub. Onlardan biri 91-ci sualdır. Testin A və C bəndlərinin hər ikisi doğrudur”. Qaynarinfo xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov öz "Facebook” hesabında paylaşıb. O bildirib ki, Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssisləri iddia edə bilməzlər ki, abituriyent burada tam cavabı seçməlidir: "Burada hər iki bənddə doğru cavab var və bu test tapşırığı abituriyentlərin xeyrinə qəbul edilməlidir”. Ekspert növbəti səhv test tapşırıqlarını yazacağını qeyd edib. Qeyd edək ki, səhv sual II qrup D variantı Tarix fənnindəndir.