Sosial şəbəkədə biz:

Mariya Zaxarova Bakıya gəlib

26 July 2018, 20:51
Gündəm
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova Azərbaycana gəlib. Report xəbər verir ki, Zaxarova "Jara" Beynəlxalq Festivalında iştirak edir. O, rusiyalı şou-biznes ulduzları ilə birgə festivalın açılışında qırmızı xalça üzərindən keçib. Rusiya XİN-in sözçüsü deyib ki, o, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələri ilə müzakirələr aparmaq üçün Bakıya gəlib və müzakirələr sabah keçiriləcək. "Bu gün Bakıda keçirilən festivaldan çox məmnunam", - M.Zaxarova bildirib.