Sosial şəbəkədə biz:

Ərdoğan: "FETÖ sabah bu ölkəyə də bəla olacaq"

26 July 2018, 20:57
Gündəm
Təəssüf ki, FETÖ-nun ən fəal olduğu ölkələrdən biri Cənubi Afrikadır. Axar.az xəbər verir ki, bu sözləri BRİKS zirvəsi çərçivəsində CAR-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “FETÖ sabah Cənubi Afrikanın da başına bəla ola bilər, bunu xatırladacam. FETÖ-nun buranı baza halına gətirməsinə icazə verməyəcəyik. Son dövrdə burada baş verənlər FETÖ ilə mübarizənin sadəcə Türkiyədə deyil, digər ölkələrin də təhlükəsizliyi üçün vacib olduğunu göstərmişdir”, - Ərdoğan bildirib.