Sosial şəbəkədə biz:

Cavid Qurbanov SV vaqonlarla bağlı məsuliyyətsiz açıqlama verən rəis müavinini cəzalandırdı

27 July 2018, 13:56
Gündəm
"Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov SV vaqonlarda qiymət artımının zəruri olduğu, “hər yerindən duranın SV-yə bilet alması” na görə qiymətlərin 10 faiz artırılması ilə bağlı mediaya verdiyi açıqlama cəmiyyətdə narazılığa və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Moderator.az-ın əldə etdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi məsuliyyətsiz bəyanatına görə artıq M.Şıxəmirovu cəzalandırıb. Belə ki, M.Şıxəmirova axırıncı xəbərdarlıq edilməklə şiddətli töhmət verilib.