Sosial şəbəkədə biz:

Qızıl-gümüş bazarı ucuzlaşıb- Qiymətlər

27 July 2018, 22:04
Gündəm
Azərbaycanın qiymətli metallar bazarı ucuzlaşıb. Trend-in məlumatına görə, iyulun 27-də qızılın qiyməti cümə axşamındakı göstərici ilə müqayisədə 12,0445 manat azalaraq 1 troy unsiyası üçün 2081,633 manat təşkil edib. Gümüş 0,2755 manat azalaraq 1 unsiya üçün 26,2471 manata bərabər olub. Trend-ə görə, platinin qiyməti 21,352 manat azalaraq 1408,9345, palladiumun qiyməti isə 5,967 manat azalaraq 1582,938 manat təşkil edib.