Sosial şəbəkədə biz:

Gəncəyə gəlmiş erməni bloger bu dəfə Şuşada peyda oldu - FOTO+VİDEO

27 July 2018, 22:19
Gündəm
Bu günlərdə sərbəst şəkildə Gəncəyə gəlib-getmiş erməni bloger Vlad Maqa (Movsesov) Azərbaycan XİN-dən icazə almadan işğal altındakı torpaqlarımıza da baş çəkib. 
Bu haqda erməni mediası xəbər yayıb. Belarus vətəndaşı olan bloger Xankəndi, Şuşa və Ağdərə ərazilərində olub, sakinlərlə görüşüb, tarixi abidələrə baş çəkib.
O, öz şərhləri zamanı erməni olduğunu, əsl soyadının Movsesyan olduğunu və Qarabağa qohum əqrəbalarını tapmaq üçün gəldiyini bildirib. Vlaq Maqanın bu gün “You Tube”də yayılmış rus dilində reportajını nəzərinizə çatdırırıq.  Moderator.az