Sosial şəbəkədə biz:

Məmməd Səid Ordubadı masaj salonunun "kölgəsində" qaldı - FOTO

28 July 2018, 12:54
Gündəm
Bakıda növbəti biabırçı bir mənzərə qeydə alınıb. Təhsil eksperti Etibar Əliyevin təqdim etdiyi fotodan görünür ki, məşhur Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin bir vaxtlar  yaşadığı binada onun çərəfinə qoyulan  barelyef masaj salonunun vinilli reklamının fonunda görünməz hala salınıb. Etibar Əliyev bu biabırçı mənzərəni bir cümlə ilə şərh edib: "Böyük biabırçılıq... artıq massaj salonları yaddaqalan ünvanlara çevrilir". Azinforum.az qeydə alınan fotonu təqdim edir. Ümidvarıq ki, əlaqədar qurumlar tez bir zamanda bu xoşagəlməz mənzərəni aradan qaldıracaqlar. Çinarə, Azinforum.az