Sosial şəbəkədə biz:

Vəkillər iyulun 30-da pulsuz xidmət göstərəcəklər

28 July 2018, 13:55
Gündəm
Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən, vəkillərin peşə bayramı günü münasibətilə 30 iyul tarixində saat 09:00-18:00-da vəkil qurumlarına müraciət edən bütün şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək. Bu barədə Vəkillər Kollegiyasından məlumat verilib. Məlumata görə, bununla bağlı qeyd olunan tarixdə istənilən şəxs ölkə ərazisində fəaliyyət göstərən vəkil qurumlarına müraciət edərək ödənişsiz hüquqi yardımdan faydalana bilər.