Ucuz maşın axtaranların nəzərinə! Bu qurumlar avtomobillərini satır (SİYAHI)
Azərbaycanda bir sıra dövlət qurumları balanslarında olan bəzi nəqliyyat vasitələrini hərrac yolu ilə satışa çıxarır.
Trend-in məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən avqustun 21-də keçiriləcək hərracda Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Mərkəzi Bankı, Nazirlər Kabineti, Daxili Işlər Nazirliyi balansında olan bir sıra nəqliyyat vasitələrini ucuz qiymətlə hərraca çıxaracaq.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı:
| S/N | Balanssaxlayıcı müəssisənin adı | Avtonəqliyyat vasitəsinin markası | Buraxılış ili | Start qiyməti (manatla) | 10% beh (manatla) |
| 1. | Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsi | QAZ-31029 | 1994 | 720 | 72 |
| 2. | Azərbaycan Respublikasnın Mərkəzi Bankı | Hyundai Sonata | 2004 | 3525 | 352 |
| 3. | Azərbaycan Respublikasnın Mərkəzi Bankı | Mercedes Benz Sprinter 314 | 2006 | 11250 | 1125 |
| 4. | Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsi | BMW 730 | 2006 | 16875 | 1688 |
| 5. | Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsi | BMW 730 | 2006 | 15750 | 1575 |
| 6. | Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı | FIAT Doblo | 2007 | 3500 | 350 |
| 7. | Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı | FIAT Doblo | 2008 | 3700 | 370 |
| 8. | Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı | FIAT Albea | 2007 | 2500 | 250 |
| 9. | Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı | QAZ-31105 | 2007 | 1700 | 170 |