Sosial şəbəkədə biz:

Bakının məşhur kafesində qızın pulqabısını oğurladılar - VİDEO

29 July 2018, 16:01
Gündəm
Bakıda “Simit Sarayı” kafesində qızın pulqabısını oğurlayıblar.  Oxu.Az xəbər verir ki, hadisə barədə videonu Sara Abbasova sosial şəbəkədə paylaşıb. Zərərçəkmişin sözlərinə görə, hadisə 24 iyulda baş verib: “Pulqabının içində iki bank kartı, 110 manat və 280 türk lirəsi var idi. Məbləğ elə də böyük deyil, ancaq o öz cəzasını almalıdır”. S.Abbasova həmçinin bildirib ki, artıq polisə müraciət edib: “Dörd gündür ki, polis onu axtarır. Bəlkə kimsə onu görüb. Kömək edin” - deyə o, sosial şəbəkə istifadəçilərindən xahiş edib.