Sosial şəbəkədə biz:

İstiqlalçı xanım deputat vəfat etdi - Yataqxanada yaşayırmış

30 July 2018, 08:40
Gündəm
Milli Məclisin sabiq deputatı Məryəm Həsənova vəfat edib.
Azinforum.az-ın məlumatına görə, sabiq deputat 80 yaşında yaşadığı Siyəzən rayonunda dünyasını dəyişib. O, yataqxanada, bir otaqlı mənzildə yaşayırmış.
Qeyd edək  ki, M.Həsənova istiqlalçı deputatlardan biri olub. 1990-1995-ci illərdə Azəbaycan parlamentinin üzvü olub. 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş Müstəqillik haqqında Konstitusiya Aktına səs verənlərdən, "Müstəqil Azərbaycan” deputat blokunun 43 üzvündən biri olub.