Sosial şəbəkədə biz:

"Nizami" heykəlinin barmaqlarını sındırdılar - Parkda vandalizm (FOTOLAR)

30 July 2018, 17:02
Gündəm
Dərbənddə yerləşən Nizami parkında vandalizm aktı baş verib. Femida.az xəbər verir ki, parkda əkilmiş şam ağacları çıxarılıb aparılıb. Bundan başqa Nizami parkında ucaldılan Nizami Gəncəvinin abidəsinə ziyan vurulub. Heykəlin barmaqları sındırılıb. Qeyd edək ki, heykəl və park artıq neçənci dəfədir ki, belə vandalizmlə üzləşir. Bir neçə il əvvəl naməlum şəxslər heykəli yandırmışdılar. Bundan sonra Dağıstan rəhbəri Ramazan Abdulatipovun göstərişiylə heykəl bərpa edilib, park abadlaşdırılıb. Parka müşahidə kameraları quraşdırılsa da, vandalizm hələ də davam edir. "Nizami" heykəlinin barmaqlarını sındırdılar "Nizami" heykəlinin barmaqlarını sındırdılar "Nizami" heykəlinin barmaqlarını sındırdılar "Nizami" heykəlinin barmaqlarını sındırdılar