Sosial şəbəkədə biz:

Xalq artisti Xəyyam Mirzəzadə dünyasını dəyişdi

30 July 2018, 20:19
Gündəm
Azərbaycanın xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli Xəyyam Mirzəzadə vəfat edib. Uzun sürən xəstəlikdən əziyyət çəkən X.Mirzəzadə öz evində dünyasını dəyişib. Qeyd edək ki, Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə musiqi bəstələyib. Mədəniyyət Nazirliyindən bildirilib ki, görkəmli bəstəkarla vida mərasimi iyulun 31-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçiriləcək.