Sosial şəbəkədə biz:

Kiyevdə azərbaycanlı tələbə kütləvi qarət ittihamı ilə həbs olunub

02 August 2018, 18:43
Gündəm
Ukraynanın paytaxtı Kiyev şəhərinin Solomenskiy rayon polisi Azərbaycan vətəndaşı, 1996-cı il təvəllüdlü Səfərov Daşqın Hacıağa oğlunu saxlayıb. "Report"un əldə etdiyi xəbərə görə, Kiyevdə universitetlərin birində tələbə olan D.Səfərov kütləvi qarətdə ittiham olunur. Belə ki, yerli hüquq-mühafizə orqanlarının iddiasına görə o, Kiyevdə kütləvi qarətlə məşğul olan dəstənin fəal üzvü olub. Rayon məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Azərbaycanlı tələbə ittihamla razılaşmır, hüquqi yardıma ehtiyacı olduğunu bildirib.