Sosial şəbəkədə biz:

Gəncədə qızın yandırılması ilə bağlı DİN-dən - Açıqlama

02 August 2018, 22:18
Gündəm
“Həmin videonun Azərbaycanda çəkilməsi inandırıcı deyil” Bunu bizimyol.info-ya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov sosial mediada Gəncədə marketlərdən birində gənc oğlanın qızı yandırması iddiasına cavab verərkən bildirib. O deyib ki, Gəncədə baş verdiyi iddia edilən hadisənin videogörüntüsünü izləyib:“Amma həmin hadisənin Gəncədən baş verməsini sübut edən fakt yoxdur. Mənim bu barədə məlumatım yoxdur”. DİN-in Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov da hadisə ilə bağlı bildirib ki, sözügedən görüntülər Gəncə şəhərində qeydə alınmayıb. Ümumiyyətlə son bir neçə ayda Gəncədə yanğınla bu cür hadisə olmayıb.