Sosial şəbəkədə biz:

Şəmkirdə nişanlı qız yoxa çıxdı – Avqustda toyu olacaqmış Tarix: Bu gün, 11:40 | Çap et

03 August 2018, 12:18
Gündəm
Bu ay toyu olacaq nişanlı qız yoxa çıxıb. Bu barədə Avropa.info-ya müraciət edən Şəmkir rayonunun Qaracəmirli kənd sakini Elşən Qocayev deyib. E.Qocayev deyib ki, qızı Ayşən Qocayeva avqustun 2-də evdən çıxıb, bir daha qayıtmayıb. Qızın atası faktla bağlı Şəmkir rayon Kür qəsəbəsində yerləşən polis bölməsinə müraciət edib. Qızının 9 sentyabr 2000-ci il təvəllüdlü olduğunu bildirən atanın dediyinə görə, avqustun 19-da Ayşənin toyu olacaqmış.