Sosial şəbəkədə biz:

Bakıda zibildaşıyan maşın aşdı: Yaralılar var - VİDEO

03 August 2018, 14:08
Gündəm
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib. Onun sözlərinə görə, hadisə dünən Sabunçu rayonu, Balaxanı-Mehdiabad yolunda qeydə alınıb: “MAN markalı, “90JK-960” dövlət qeydiyyat nişanlı zibildaşıyan maşın, “Mitsubishi” markalı, “90-TT-928” dövlət qeydiyyat nişanlı və “Volkswagen” markalı, “90-LF-821” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib”. Rüfət Quliyev qeyd edib ki, hadisə nəticəsində dörd nəfər müxtəlif bədən xəsarəti alıb: “Faktla bağlı hazırda araşdırma aparılır”. Qeyd edək ki, maşınlardan biri yararsız hala düşüb.