Sosial şəbəkədə biz:

Ukrayna şirkəti Azərbaycanda araq istehsalına başlayır

05 August 2018, 12:14
Gündəm
Ukraynanın "Global Spirits" spirtli içki holdinqi ("Xortitsa", "Shustoff", "Moroşa" brendləri) öz məhsullarını Azərbaycanda da istehsal edəcək. "Report" xəbər verir ki, bunu holdinqin sahibi Yevgeni Çernyak deyib. "Biz, məncə, avqustun 10-dan etibarən Azərbaycanda istehsala başlayırıq", - deyə o bildirib. Onun sözlərinə görə, "şirkət xarici bazarlarda inkişaf etmək qərarına gəlib. Çünki bu bazarlar daha sabit, marja daha yüksəkdir və biznes üçün oyun qaydaları daha ədalətlidir".