Sosial şəbəkədə biz:

Qarabağda daha bir erməni hərbçisi öldü

06 August 2018, 10:52
Gündəm
Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində qanunsuz yerləşən Ermənistan ordusunun “N” saylı hərbi hissəsində daha bir erməni əsgəri qeyri-döyüş şəraitində ölüb. AzVision.az Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ölən hərbçi müqavilə əsasında xidmət keçən 36 yaşlı Armen Ovakimyandır. Onun 5 avqust saat 17:30-da bədbəxt hadisə nəticəsində öldüyü bildirilir. İlkin ehtimallara görə, erməni hərbçi göldə batıb. Hadisənin baş vermə səbəbləri araşdırılır və istintaq aparılır.