Sosial şəbəkədə biz:

Rusiya sanksiyaları Avropaya milyardlarla dollar ziyan vurub

06 August 2018, 11:07
Gündəm
4 il əvvəl Rusiyanın Avropaya tətbiq etdiyi qida embarqosu nəticəsində köhnə qitənin ölkələri illik 8,3 milyard dollar ziyana düşürlər. Bu barədə Rusiya Federal Gömrük Xidmətinin yaydığı statistikada deyilir. Qeyd olunur ki, Moskvanın tətbiq etdiyi məhdudiyyətlər nəticəsində ən çox zərərçəkən ölkələr Polşa, Avstriya və Niderlanddır. Belə ki, sanksiyalaradək onlar Rusiyaya kənd-təsərrüfatı məhsulları ixrac edən əsas ölkələr olublar. (AzVision.az)