Sosial şəbəkədə biz:

Bakının bu əraziləri susuz qalacaq

06 August 2018, 11:20
Gündəm
Bakının bu ərazilərində su olmayacaq. "Azərsu" ASC-dən Azinforum.az-a  verilən məlumata görə, Yasamal rayonu Qanlıgöl ərazisində su təchizatı infrastrukturunda yenidənqurma işlərinin aparılması ilə əlaqədar 6 avqustda gün ərzində Yeni Yasamal yaşayış massivinə, Qanlıgölün ətrafındakı ərazilərə, həmçinin Səbail rayonu İzzət Nəbiyev küçəsindəki abonentlərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.