Sosial şəbəkədə biz:

İTV-nin sabiq sədrinə vəzifə verildi

06 August 2018, 13:09
Gündəm
İctimai Televiziyanın sabiq direktoru, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyevə vəzifə verilib. AzNews.az-a daxil olan məlumata görə, Cəmil Quliyev avqustun 1-dən Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun mudiri təyin edilib. Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumatı təsdiq edib.