Sosial şəbəkədə biz:

Azərbaycan Çin, İran və Qırğızıstan tankçıları ilə yarışacaq - Tank biatlonu-2018”in yarımfinalında

06 August 2018, 13:37
Gündəm
Azərbaycan tankçıları "Tank biatlonu-2018” müsabiqəsində yarımfinala çıxıblar. Mia.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, "Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində keçirilən "Tank biatlonu-2018” müsabiqəsinin yarımfinal mərhələsinin püşkatması keçirilib. Püşkatmanın nəticələrinə görə, Azərbaycan tankçıları yarımfinalda Çin, İran və Qırğızıstan tankçıları ilə yarışacaqlar.