Sosial şəbəkədə biz:

Cəmil Quliyevə yeni vəzifə verildi

06 August 2018, 15:06
Gündəm
İctimai Televiziyanın sabiq direktoru Cəmil Quliyevə vəzifə verilib. " Azinforum.az " AzNews.az-a istinadən xəbər verir ki, Cəmil Quliyev avqustun 1-dən Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri təyin edilib. Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumatı təsdiq edib.