Sosial şəbəkədə biz:

Mehman Hüseynov həbsxanadan çıxdı

06 August 2018, 17:42
Gündəm
Bloqer Mehman Hüseynov anasının dəfnində iştirak edəcək. Bunu barədə virtualaz.org-a Pentensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov deyib. Onun sözlərinə görə, M.Hüseynov bu gün bununla qlaqədar müvəqqəti azadlığa buraxılıb. *   *   *16:26 Həbsdə olan bloqer Mehman Hüseynov anasının dəfninə buraxılacaq. Virtuala.org-un məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Mehman Hüseynovun bir neçə günlüyə buraxılması ilə bağlı qərar Mətbuat Şurasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbərliyinə müraciətindən sonra qəbul edilib. *   *   *12:12 Bu gün bloger Mehman Hüseynovun anası vəfat edib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, 71 yaşlı Firəngiz Hüseynova 3 həftə öncə ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Xatırladaq ki, 2017-ci ilin mart ayının 3-də Nəsimi rayon polisinin rəisi Musa Musayevin iddiası üzrə M.Hüseynov böhtan ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilmişdi.