Sosial şəbəkədə biz:

36 yaşlı usta işlədiyi evdə 6 yaşlı qızı zorladı – Bakıda ŞOK CİNAYƏT

07 August 2018, 18:23
Gündəm
Bakıda pedofil həbs edildi. Bu barədə hüquq-mühafizə orqanlarından "Sputnik Azərbaycan" saytına məlumat verilib. Verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində 1982-ci il təvəllüdlü Elburus Mamedov saxlanılıb. Həmin şəxs Cinayət Məcəlləsinin 150-ci maddəsilə saxlanılıb. O, 6 yaşlı qızı zorlamaqda günahlandırılır. Belə ki, həmin şəxs 15-18 iyul tarixlərində C.S.-yə məxsus evdə usta işləyib. Bu müddətdə həmin şəxs 2012-ci il təvəllüdlü qızla evdə tək qalıb. Fürsətdən istifadə edən Elbrus Mamedov qızı zorlayıb. O, azyaşlı ilə qeyri-təbii yolla cinsi əlaqədə olub. Faktla bağlı araşdırma aparılır.