Sosial şəbəkədə biz:

Zabit Səmədov muay-tay çempionu Bris Quidon ilə döyüşəcək

08 August 2018, 18:15
Gündəm
Azərbaycanlı K-1 döyüşçüsü, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Zabit Səmədov muay-tay üzrə fransalı çempion Bris Quidon ilə döyüşəcək. "Report" xəbər verir ki, əvvəllər tanınmış K-1 döyüşçüsü olmuş 2 metr boya malik fransalı ilə döyüş avqustun 16-da Çeçenistan paytaxtı Qroznıda baş tutacaq. Döyüş Çeçenistanın ilk prezidenti Əhməd Hacı Kadırovun doğum gününə həsr olunacaq.