“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə Spitak şəhərində baş verib. “Mersedes ML” markalı avtomobilin qəzaya uğraması nəticəsində 1986-cı il təvəllüdlü A.Q. ölüb. O, Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində avto-mexaniki hissənin rəisi vəzifəsində işləyirmiş. Məlumata görə, qəzaya uğrayan avtomobili hərbçi idarə edirmiş.