Sosial şəbəkədə biz:

Bakıda 5 manata 18+ TAMAŞA

09 August 2018, 17:31
Gündəm
İlk müstəqil teatr olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) ölkənin ilk 18+ tamaşası olan "MimOda"nı təkrar nümayiş etdirəcək. Publika.az xəbər verir ki, tamaşa avqustun 13-ü saat 20:00-da ADO teatrında göstəriləcək. Biletlərin qiyməti 5 manatdır. Rejissoru isə İmam Həsənovun olduğu tamaşadakı rolları fransız aktrisa Elsa Furtado və azərbaycanlı aktyorlar Elmin Bədəlov, Ceyhun Zabitli canlandıracaq. Xatırladaq ki, ideyası ADO-ya məxsus olan "MimOda 18+" tamaşasının premyerası 2015-ci ildə keçirilib. Bu tamaşa teatr mühitində birmənalı qarşılanmamışdır. Ölkəmizin ilk müstəqil teatrı olan ADO klassik teatr ənənələrindən uzaq, yeganə modern teatrdır.