Sosial şəbəkədə biz:

Gürcüstanda qəzaya düşən 5 Azərbaycan vətəndaşı çətin vəziyyətlə üzləşib + Səs yazısı

13 August 2018, 13:31
Gündəm
Avqustun 12-də Gürcüstanın Sapri şəhərindən paytaxt Tiiflis istiqamətində hərəkət edən avtobusun qəzaya uğraması səbəbindən hazırda 5 nəfər Azərbaycan vətəndaşı Tiflis şəhərindəki xəstəxanalardan birində çətin vəziyyətlə üz-üzə qalıblar. Qəzada xəsarət alanlardan biri  Dürdanə Eminbəyli Azinforum.az-ın əməkdaşı ilə söhbətində bildirdi ki,  başqa bir avtomobilin avtobusu arxadan vurması səbəbindən onların olduğu maşın aşaraq, iki dəfə fırlanıb : "Nəticədə avtobusun içində olan 5 nəfər Azərbaycan və iki Gürcüstan vətandaşı müxtəlif dərəcələrdə xəsarət aldı. Mənim ayağım, barmaqlarım, qızımın isə dirsəkdən yuxarı qolu sınıb. Deyilər ki, təcili əməliyyat lazımdır, ancaq buradakı tibbi xidmət pullu olduğundan bizim həmin məbləği ödəməyə gücümüz çatmır. Bir əməliyyat üçün 3 min dolar istəyirlər. Səfirliyimizin nümayəndəsi bizə baş çəkdi, amma hər hansı bir köməklik etmək gücündə olmadığını bildirdi. Çox xahiş edirəm ki, bizim təcili Azərbaycana keçirilməyimiz təmin olunsun. Onda  biz öz ölkəmizdə normal müalicəmizi ala bilərik. Əlaqədar qurumlardan xahiş edirəm ki, bizə köməklik göstərsinlər". Hüseyn, Azinforum.az