Sosial şəbəkədə biz:

Abdullah Gül: "Tramp heç bir dəyər və qayda tanımayan çıxışları ilə qlobal təhlükəyə çevrilib"

13 August 2018, 22:15
Gündəm
Türkiyənin keçmiş prezidenti Abdullah Gül ABŞ prezidenti Donald Tramp haqda sərt açıqlamalar verib. Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Abdullah Gül  ABŞ prezidentini böyük təhlükə sayıb: “Türkiyə ilə bağlı utancverici tvitlər paylaşan Donald Tramp prezidentliyə namizəd olduğu ilk gündən heç bir dəyər və qayda tanımayan çıxışları ilə qlobal təhlükəyə çevrilib. Bu təhlükəyə qarşı bütün ölkələr sülh və ticarət üçün mübarizə ruhunda olmalıdırlar”.