Sosial şəbəkədə biz:

Xətaidə avtobus dayanacağının ətrafına çəkilmiş dəmir hasar sökülüb

16 August 2018, 21:05
Gündəm
Bakı Nəqliyyat Agentliyinin (BNA) müdaxiləsi ilə paytaxtın Xətai rayonunun İnqilab İsmayılov küçəsində avtobus dayanacağının ətrafına çəkilmiş dəmir hasar sökülüb. Bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. O bildirib ki, hazırda ərazidə piyadaların və müntəzəm marşrut xəttindən istifadə edən sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün şərait yaradılır.