Sosial şəbəkədə biz:

Nazir sabiq direktoru geri qaytardı - TƏYİNAT

16 August 2018, 22:09
Gündəm
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Məşğulluq Xidmətinin Kürdəmir rayon Məşğulluq Mərkəzinə yeni direktor təyin olunub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, İlham Oqtay oğlu Həmidov Dövlət Məşğulluq Xidmətinin Kürdəmir rayon Məşğulluq Mərkəzinə direktor təyin edilib.
Qeyd edək ki, İ.Həmidov 2008-ci ildən 2017-ci ilədək Kürdəmir rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində çalışıb. O, sonuncu təyinatadək Kürdəmir Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi işləyib.
Xatırladaq ki, İ.Həmidovun təyinatına qədər Kürdəmir rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini müvəqqəti olaraq Tahir Fərhad oğlu İsmayılov icra edib. (report)