Sosial şəbəkədə biz:

Dağıstanın başçısı vəzifəsinə yeni namizədin adı məlum olub

17 August 2018, 21:15
Gündəm
Dağıstan Respublikasının başçısı vəzifəsinə yeni namizədin adı məlum olub.  “Report” TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bununla bağlı Dağıstan Respublikası Xalq Məclisinə təqdimat göndərib. Bu namizəd hazırda Dağıstanın başçısı vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Vladimir Abdualiyeviç Vasilyevdir.